Şənbə , Avqust 1 2026
azfa

İran rejiminin məmurları azərbaycanlı fəal Möhsün İsmayili Əqdəmin evinə hücum ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin ETTELAAT məmurları Ərdəbildən olan azərbaycanlı milli-mədəni fəal Möhsün İsmayili Əqdəmin ata evinə hücum edərək, axtarış aparıblar.

Azərbaycanlı fəalın yaxınlarının verdiyi məlumata görə, dekabrın 5-i günortadan sonra İranın ETTELAAT İdarəsinin məmurları fəalın Ərdəbildəki ata evinə hücum edərək, qanunsuz axtarış aparıb. Lakin Möhsün İsmayili evdə olmadığı üçün məmurlar onu həbs edə bilməyiblər.

Bildirilir ki, Tehranda yaşayan və son günlər ailəsini görmək üçün Ərdəbilə səfər edən Möhsün İsmailinin ailəsi hədələnib, övladlarının saxlanılacağı ilə bağlı xəbərdarlıq ediliblər.

Azərbaycanlı fəal bundan öncə də rejimin ETTELAAT İdarəsinə çağrılıb, dindirilərək, həbs olunub.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal 44 günlük İkinci Qarabağ müharibəsi dövründə də Azərbaycan Ordusuna dəstək aksiyalarında iştirak etdiyi üçün təzyiqlərə məruz qalmışdır.

Həmçinin yoxlayın

Molla rejimin qurduğu qumar şəbəkəsi rejimə 4 milyard dollarlıq qazanc gətirib

GADTB: Reuters agentliyinin araşdırma hesabatına görə, dünyanın ən iri qanunsuz onlayn qumar şəbəkələrindən biri lisenziyasız …

Rusiya ABŞ-la müharibədə İrana elektron kəşfiyyat məlumatları verməklə yardım edir

GADTB: ABŞ-nin NBC News telekanalı məsələ ilə tanış mənbələrə istinadən Rusiyanın İrana elektron və peyk …