Cümə axşamı , Aprel 15 2021
azfa

İran rejiminin müstəmləkə siyasəti nəticəsində Güney Azərbaycanda tarixi abidələr məhv edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin müstəmləkə siyasəti və laqeydliyi nəticəsində Güney Azərbaycanda tarixi abidələr uçıb dağılmaqdadır. Artıq Ərdəbil şəhərində yerləşən tarixi Molla Hadi hamamı dağılmaq üzrədir.

Şəhərin Ala Qapı meydanının Molla Hadi küçəsində yerləşən hamam Qacarlar dövrünə aiddir və 11194 qeydiyyat nömrəsi ilə ölkənin mədəni irs əsərləri siyahısına salınıb. Lakin həmin tarixi hamamın siyahıya alınması da heç bir nəticə verməyib. Abidənin yenidən qurulması, qorunması üçün heç bir addım atılmayıb.

Tarixi hamam qadınlar və kişilər bölməsindən ibarətdir. Hazırda rejimin qəsdən laqeydliyi üzündən tarixi abidə dağılmaqdadır.

10 il öncəyə kimi kişilər bölməsi işlək vəziyyətdə olan hamam hazırda hasara alınıb.

Bundan öncə Mədəni İrs Təşkilatının rəhbərlərindən olan və hamam üzərində paya sahib Hacızadə adlı şəxs hətta öz yaxınları ilə birlikdə tarixi tikilini sökməyə qərar vermişdi. Lakin azərbaycanlı mədəni irs fəallarının etirazları nəticəsində onun bu istəyi baş tutmayıb.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası Özbəkistanın Paxtakor komandası ilə yarışıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Asiya Çempionlar Liqasının qrup mərhələsində Güney Azərbaycanın Traxtur …

Rejimin məmurlarının təzyiqinə məruz qalan Yusif Karini zindanda özbölməsinə qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprılin 14-də axşam saatlarında azərbaycanlı siyasi məhbus Yusif …