Cümə axşamı , İyul 25 2024
azfa

İran rejiminin müstəmləkə siyasətinə qarşı Ələhvazda etirazlar davam edir – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın irqçi fars rejiminin müstəmləkə siyasətinə qarşı Ələhvazda etirazlar üçüncü gün də davam edib. Ərəb əhali yolları bağlayıb və etiraz edirlər.

Ərəblərin neft quyularından birini tutduğu və suyun bu bölgəyə buraxılmayanadək quyunu əllərində saxlayacaqlarını deyirlər.

Qeyd edək ki, İranın müstəmləkə siyasətinə etiraza əsas bəhanə bu bölgənin suyunu farsların bölgəsinə köçürülməsi olub. Lakin irqçi fars rejiminin bütün qeyri-farslara zülm və müstəmləkə siyasəti hər zaman-zaman qeyri-farsların, o cümlədən Azərbaycan türklərinin etirazına səbəb olub.

Artıq iki nəfər ərəb gəncin İran terrorçu Sepah qüvvələrinin birbaşa atəşi nəticəsində öldürüldüyü bildirilir. İran terrorçu Sepah qüvvələri isə atəş səsləri altında izdihamı dağıtmağa çalışıb.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fıalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan milli fəal …

İran Ermənistanla 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanla bu təcavüzkar ölkəni silahlandırmaq üçün 500 …