Cümə axşamı , Dekabr 2 2021
azfa

İran rejiminin müstəmləkəçi siyasətinin nəticəsi Təbrizin ayaqqabı sənayesi sıradan çıxmaqdadı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin müstəmləkəçi siyasətinin nəticəsi Təbrizin məşhur ayaqqabı sənayesi sıradan çıxmaqdadı.

Rejimin qəsdən bu sahəyə diqqət ayrılmaması üzündən istehsalçılar fəaliyyətlərini dayandırmağa məcbur olurlar.

Dəri və ayaqqabı istehsalı Təbriz şəhərinin əsas əl işləri sənayesindən biri kimi uzun illərdir bölgənin iqtisadi qaynaqlarından sayılırdı.

Son illər bu sahənin diqqətdən kənarda qalması, koronovirusun yayılması, ayrıca istehsal şəhərciyinin ayrılmaması, xam malın bahalaşması və az faizli bank kreditlərinin ayrılmaması bu sənaye sektorunda çalışan sahibkarların müflis olması ilə nəticələnib.

“Təbriz Ayaqqabı İstehsalçıları Birliyi”nin sədri Əlirza Cabbarian Fam “Mehr” agentliyinə açıqlamasında bildirib ki, hazırda Şərqi Azərbaycan əyalətində bu sahənin istehsalı və satışı ilə məşğul olan 3780 mərkəz mövcuddur.

“Hazırda Təbrizin ayaqqabı sənayesi sektorunda mövcud vəziyyət onun zəngin keçmişi ilə çox fərqlidir. Bu günə kimi Şərqi Azərbaycanda, özəlliklə Təbrizdə 60 min nəfər birbaşa, daha 60 min nəfər isə dolayı yolla bu sahədə fəaliyyət göstərir və ildə ortalama 60-90 milyon cüt ayaqqabı istehsal edilir”-deyə, Əlirza Cabbarian qeyd edib.

Onun sözlərinə görə, hazırda bu sahədəki vəziyyət acınacaqlıdır.

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …