Cümə axşamı , Dekabr 2 2021
azfa

İran rejiminin polisi mədənlərinin talanmasını istəməyən azərbaycanlı əhaliyə divan tutdu-Video

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan bölgəsində öz mədənlərinin talanmasını istəməyən əhaliyə İran rejimi divan tutdu.  

Amansız polis gücləri Zənganın Hüseynabad kəndinə hücum çəkib insanları vəhşicəsinə döyüblər. Kənd sakinlərindən 8 nəfər ağır xəsarətlər alaraq xəstəxanaya aparılıb, 15 nəfər yaxalanıb.

Qeyd edək ki, kənddə dəmir filizi mədəninin fəaliyyəti ətrafa güclü toz-torpaq yayaraq əkinçilik məhsullarına və səhti sulara zərər verdiyi üçün sakinlər mədənin bağlanması tələbi ilə yolu bağlasalar da, rejimin polis güclərinin sərt təpkisi ilə qarşılaşıblar.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində oktyabrın 1-də bir qrup …

Azərbaycanlı fəalı Əkbər Mohacerinin həbsi üçün İran məhkəməsinin əməkdaşları onun evinə hücum ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Şərqi Azərbaycandakı prokurorluğu Azərbaycan Milli Hərəkatının …