Cümə axşamı , Dekabr 2 2021
azfa

İran rejiminin şərlədiyi bir sıra azərbaycanlı fəalllar bəraət aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin şərlədiyi azərbaycanlı milli fəalllara bəraət verilib.

 Rejimin Təbrizdəki Cinayət Məhkəməsinin 111-ci şöbəsi azərbaycanlı milli fəallar Cabbar Rahdar, Hadi Əfsəri, Qulamhüseyn Qaracadağı, Puya Xudayi, Şayan Təqəvi, Yaşar Kazimi, Arif Muradpur, Əbülfəz Kəraməti, Hüseyn Yusifi, Ulduz Qasimi və Munirə Çəmən Gülzara bəraət verib.

Azərbaycanlı fəallara “Qeyri-adi hərəkətlər etmək və səs-küy salmaqla ictimai asayişi pozmaq, qanunsuz aksiyaya qatılmaqla vətəndaşların iş fəaliyyətlərinə, təhlükəsizliklərinə əngəl törətmək” ittihamından bəraət alıblar.

Qeyd edək ki, həmin azərbaycanlı fəallar iyulun 24-də Təbrizdə əl-Əhvaz etirazlarına dəstək məqsədilə keçirilən etrirazlar zamanı yaxalanmışdılar.

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …