Şənbə , Mart 6 2021
azfa

İran rejiminin təzyiqlərinə məruz qoyduğu azərbaycanlı siyasi məhbus Yusif Kari quru aclıq aksiyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təzyiqlərə məruz qoyduğu üçün yanvar ayının 13-dən akclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbus Yusif kari yanvarın 17-dən quru aclıq aksiyana başlayıb.

Bundan öncə azərbaycanlı milli-mədəni fəallın zindan yoldaşlarının bildirdiyinə görə, Kari Ərdəbil zindanınıb məsullarına xəbərdarlıq edərək bildirmişdi ki, ayın 16-a kimi karantin bölməsindən öz bölməsinə qaytarılmayacağı halda başlatdığı aclıq aksiyasını quru aclıq aksiyası ilə dəyişəcək.

İrqçi fars rejimin Ərdəbil zindanında həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Yusif Kari zindanın nəzarətçisi Sepehrinin təhqirlərinə etiraz etdiyi üçün 8-ci karantin bölməsinə köçürülüb.

Azərbaycanlı milli-mədəni fəal zindanda hüquqlarının təmin edilməsi istəyi ilə yanvarın ayının 13-dən aclıq aksiyasına başlayıb.

Yanvarın 13-də Yusif Kari tibbi məzuniyyət istədiyi üçün Sepehri onu öz kabinetinə çağırıb, həmin fəalın başqa siyasi məhbuslara qarşı nalayiq ifadələr işlədib.

Yusif Kari 2020-ci il noyabr ayının 30-da Ərdəbil zindanında koronovirusun yayılması barədə məlumat vermişdi. Koronovirusun yayılması xəbərindən sonra Yusif kari zindanın 7-ci bölməsindən 1-ci bölməsinə köçürülmüşdü.

Qeyd edək ki, Yusif Kari 2019-cu il sentyabrın 3-də mülki geyimli şəxslər tərəfindən yaxalanmışdır. O sonralar rejimin Ərdəbildə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsində 6 il həbs cəzasına məhkum edilmişdi. Lakin həbs qərarı Apellyasiya Məhkəməsi tərəfindən 2 ilə endirilib.

Həmçinin yoxlayın

Stoltenberqdən etiraf; Avropanı türklər qoruyur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Avropanın təhlükəsizliyini Avropa Birliyinə daxil olmayan Böyük Britaniya, …

Güney Azərbaycan İstiqlaçılar Birliyinin (GAİB) Güney Azərbaycanın istiqlal savaşının yönünü dəyişdirməyə çalışanlarla bağlı bildirişi

GADTB: Güney Azərbaycanın istiqlal savaşının yönünü dəyişdirməyə kimsənin gücü yetməz. Fars-İran işğalçı rejiminə qarşı Güney …