Cümə , İyun 20 2025
azfa

İran rejiminin yaxaladığı azərbaycanlı fəalın Vədud Əsədidən heç bir xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Rəştdə yaxaladığı azərbaycanlı milli fəal Vədud Əsədinin vəziyyəti barədə 20 gündür xəbər verilmir

Rəşt şəhrində yaşayan azərbaycanlı milli fəal mühəndis Vədud Əsədinin qanunsuz həbsindən artıq 20 gün ötür.

Azərbaycanlı milli fəal oktyabrın 30 yaxalanıb və 12 gün sonra yalnız qısa telefon danışığında Rəştin ETTELAAT İdarəsində saxlanıldığını bildirib.

Qeyd edək ki, azərbaycanlı fəalın ailəsi noyabrın 6-da Rəştin 16 saylı Ümumi və İnqilab Məhkəməsinə müraciət edərək fəalın zaminə buraxılması üçün təyin edilmiş 170 milyon tümənlik vəsiqəni qoymağa hazır olduqlarını bildirmişlər. Lakin həmin məhkəmə fəalın zaminə buraxılmasına mane olub.

Həmçinin yoxlayın

İsrail Güney Türkmənistanın Ağqala bölgəsində hərbi təyinatlı zavodu vurdu

GADTB: İsrail Hərbi Hava Qüvvələri Türkmənistanın Ağqala bölgəsində bölgəsində hərbi təyinatlı obyektə hava hücumu edib. …

İsrail Ərdəbil və Təbrizdə molla rejimin bazalarını vurub – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bü gün səhər saat 5-də İsrail Ərdəbil bölgəsində …