Çərşənbə axşamı , Aprel 23 2024
azfa

İran rejiminin yaxaladığı azərbaycanlı milli fəal Məhəmməd Eyni qeyri-müəyyən şərayitdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Rəştdə yaxaladığı azərbaycanlı milli fəal Məhəmməd Eyni qeyri-müəyyən şərayitdə həbsdə saxlanılır

Gilanın Rəşt şəhərində yaşayan və dörd ay öncə rejimin məmurları tərəfindən yaxalanan azərbaycanlı milli-mədəni fəal Məhəmməd Eyni barədə rejimin dəqiq məlumat verilməməsi onun yaxınlarının fəalın taleindən nigəran olduqlarını deyirlər.

Onlar bundan öncə Məhəmməd Eyninin girov qarşılığında məhkəməyə qədər müvəqqəti azadlığa buraxılması ilə bağlı müraciətlərinə müsbət cavab verilmədiyini, fəalın talei barədə sulalarına məsuların yalnız cinayət işinin prokurorluqdan məhkəməyə göndərikdiyini dediklərini bildirirlər.

Qeyd edək ki, Rəşt şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Məhəmməd Eyni yaxalanandan uzun müddət sonra Rəşt mərkəzi zindanına köçürülmüşdür.

Azərbaycanlı fəalın yaxınları fəalın girov qarşılığında zaminə buraxılmasına icazə verilmədiyini billdirmişdilər.

Məlumata görə, məsələnin ictimailəşdirilməməsini istəyən İranın ETTELAAT qüvvələri fəalın ailəsini təhdid etmişdi.

Fəalın ailə üzvlərinin bildirdiyinə görə yanvarın 23-də ETTELAAT İdarəsinə çağrılan azərbaycanlı milli-mədəni fəalın harada saxlanıldığı barədə məlumat vermişdilər.

Bundan öncə azərbaycanlı mili fəalın yaxənları Gilan əyalətinin Rəşt şəhərinin təhlükəsizlik idarəsi, polis bölməsi və məhkəmə orqanlarına müraciətlərinə təhqiramiz formada cavab verilərək, onlar hədələnmişdilər.

2020-ci ilin oktyabr ayında Məhəmməd Eyni İbrahim Gənci və Vədud Əsədi ilə birgə Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatlara dəstək verdiklərinə görə İran rejimi onları yaxalamışdı.

Azərbaycanlı mili fəallar şərlənərək, “Ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət” və “Sistemə qarşı təbliğat” ittihamı ilə mühakimə olunmuşdular. Lakin 2021-ci ilin noyabr ayında Rəşt şəhərinin İnqilab Məhkəməsinin 12-ci bölməsi tərəfindən barələrində qaldırılan cinayət işinə son verilmişdir.

Həmçinin yoxlayın

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …

Güney Azərbaycanın Sayınqala bölgəsində Azərbaycan türkcəsində yazılmış lövhələr yığışdırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin əlaltıları Güney Azərbaycanın Sayınqala bölgəsində …