Şənbə , Noyabr 27 2021
azfa

İran rejiminin yaxaladığı Rza Şəhrivər və Məhəmməd Kazimi vəsiqə qaraşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə 24 iyul etirazları ilə bağlı yaxalanan Rza Şəhrivər və Məhəmməd Kazimi vəsiqə qaraşılığında zaminə buraxılıblar.

Azərbaycanlı fəallar iyulun 27-də təhlükəsizlik məmurları tərəfindən yaxalanmış və  daha sonra ETTELAAT təcridxanasından Təbrizin mərkəzi zindanına köçürülmüşdülər.

Hər iki azərbaycanlı fəal avqustun 9-da istintaq prosesi bitdikdən sonra Təbriz zindanına köçürülmüşdülər. Vəsiqə girov qoyulandan sonra isə müvəqqəti azadlığa buraxılıblar.

Qeyd edək ki, iyulun 24-ə Təbrizdə keçirilən etirazlarda çox sayda azərbaycanlı milli-mədəni fəal yaxalanmışdı.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …