Cümə axşamı , May 15 2025
azfa

İran rerjimi Muğanda azərbaycanlı fəalı mühakimə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanın Muğan (Parsabad) bölgəsindən olan azərbaycanlı milli fəal Şəhruz Süleymanianı mühakimə edəcək.

Bununla bağlı rejimin məhkəməsi azərbaycanlı fəala elektron sistemi vasitəsilə çağırış göndərib.

Azərbaycanlı fəaldan istənilib ki, çağırışın dərc edildiyi gündən başlayaraq 5 gün içində rejimin Parsabaddakı Ümumi və İnqilab Prokurorluğunun 4-cü bölməsinə müraciət etsin.

Rejimin məhkəməsinin göndərdiyi çağırışda Şəhruz Süleymanianın “İctimai rəyi çaşdırmaqla ictimai asayişi pozmaq”da ittiham olunduğu bildirilib.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus aclıq aksiyasını dayandırıb

GADTB: Aprelin 11-də Urmiya şəhərinin həbsxanasında aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbus Hamid Qaraoğlani aclıq …

Qəzvində Milli Ev layihəsinin aldadılmış müştərilər yenidən etiraz aksiyası keçirib

GADTB: Mayın 14-də  Güney Azərbaycanın Qəzvin şəhərində İranın Milli Ev layihəsindən ev almaq üçün Mənzil …