“The Guardian” nəşrinin saytında “İran Rusiyanı sərhəd mübahisəsində Azərbaycanın tərəfini tutmaması barədə xəbərdar edir” sərlövhəli məqalə dərc edilib.
Söhbət Zəngəzur dəhlizindən gedir.
Nəşrə görə, mübahisə nəticəsində Tehranın təzə seçilmiş hökuməti Moskvaya münasibətdə daha sərt mövqe tuta bilər və onda bunun daha geniş geosiyasi fəsadları olacaq.
İranın milli təhlükəsizlik və xarici siyasət komissiyasının sabiq başçısı Heşmətulla Fəlahətpişeh hesab edir ki, Moskvanın mövqeyi Putinin İranın yeni hökuməti ilə ABŞ arasında əlaqə kanallarının formalaşması ehtimalına qarşı qabaqlayıcı hücumu da ola bilər. /Azad İran