Cümə , Aprel 26 2024
azfa

İran səfirliyi utanmadan hər gün açıq şəkildə Ermənistana etdikləri yardımları dandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran səfirliyi hələ də İranın açıq şəkildə hər gün hərbi texnikaları Ermənistana göndərməyi və Türkiyə mətbuatının İranın II Qarabağ müharibəsi dövründə Azərbaycandan Araz boyu Ermənistana casusluq etməsinə dair məlumatları utanmadan dandı.

Səfirlik hər dəfə olduğu kimi faktlara əsaslanan dəqiq məlumatları rədd edərək, hər zamankı kimi yalan iddialar səsləndirib: “İslam İnqilabının Ali rəhbərinin və İslam Respublikasının yüksək vəzifəli rəsmilərinin Azərbaycan Respublikasının mövqelərini açıq şəkildə dəstəkləmələri və işğalı qınamaları ilə bağlı mövqeləri hamıya aydındır və bu mövqe dəfələrlə Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri tərəfindən müsbət qiymətləndirilmişdir. Azərbaycan Respublikasının müdrik xalqı da son müharibə zamanı İran və Ermənistanın quru və hava sərhədlərinin bağlanması xəbərindən məlumatlı idi. Bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də bəyan olunub. Azərbaycan Respublikasının möhtərəm Prezidenti də İrandan silah aldıqlarını açıqlamışdır. İndi İranla bir növ təbliğat qarşıdurmasında iştirak edən üçüncü bir ölkə mənbəyinə istinadən yayılan təhrikedici xəbərlər tamamilə yalandır və tərəfimizdən təkzib olunur. İran Qarabağ müharibəsinin həssas dövründə Azərbaycan Respublikasına siyasi və hərbi dəstək vermişdir. İki millətin tarixi, mədəni və dini ortaqlıqlarını nəzərə alaraq, İran və Azərbaycan xalqlarının dostluğu əbədidir və heç bir qüvvə bu cür hərəkətləri ilə ona xələl gətirə bilməz”, – açıqlamada bildirilib.

Qeyd edək ki, indi də hər İran rejimi Ermənistana hərbi texnika göndərir və azərbaycanlı fəallar həmin texnikaların filmlərini çəkərək fakt kimi yayınlayırlar.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …