Çərşənbə , Fevral 1 2023
azfa

İran Salar Tahir Əfşarı Ermənistanın hərbi təcavüzünü pislədiyinə görə 4 il həbsə məhkum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənipərəst İran rejimi azərbaycanlı fəal Salar Tahir Əfşarı Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünü pislədiyinə görə 4 il həbsə məhkum edib.

Azərbaycanlı fəal Salar Tahir Əfşarı 16 iyulda və 1 oktyabrda Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünü pisləmətyə çalışdığı üçün yaxalanıb şərlənərək “İran İslam Respublikasına qarşı təbliğat aparmaq”da ittiham edilərək 1 il və “Ölkə təhlükəsizliyini qarışdırmaq məqsədilə müxtəlif qruplara üzv olmaq”da ittiham edlərək 3 ilə həbsə məhkum edilib. Yəni İran məhkəməsinin qərarından belə qənaətə gəlmək olur ki, Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləmək molla rejimi üçün “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” və “Ölkə təhlükəsizliyini qarışdırmaq məqsədilə müxtəlif qruplara üzv olmaq” mənasına gəlir.

Salar Tahir Əfşar oktyabrın 1-də Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünü pislədiyi üçün də məhkəmə müddəti təxirə salınıb.

Qeyd edək ki, Urmiya sakini olan fəal iyulun 16-da İran Azərbaycanında Ermənistan-Azərbaycan Tovuz sərhədində baş verən toqquşmadan sonra Azərbaycan Respublikası və ordusuna dəstək məqsədi ilə keçirilən mitinqlərlə əlaqədar Urmiyədə saxlanılmış və bir neçə gün sonra 50 milyon tümənlik girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı.

O, həmçinin sentyabrın 27-də Dağlıq Qarabağda hərbi münaqişə başladıqdan bəri İran Azərbaycanı və İranda türklərin yaşadığı digər bölgələrdə Azərbaycan Respublikasına dəstək üçün keçirilən mitinqlərlə əlaqədar təkrar İran kəşfiyyat orqanları tərəfindən həbs edilmişdi.

Salar Tahir Əfşar indiyədək dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bu ölkənin məhkəmələri tərəfindən fərqli ittihamlarla mühakimə olduqdan sonra həbs və qamçılanma cəzalarına məhkum edilib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oytanın Azərbaycana səfirliyinə terror hücumu barədə bildirişi Avstraliyada “Türkish News Press”de dərc edilib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan-Avstraliya Assosiyasiyası Prezidenti, GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Bakıda İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirildi

Bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. Azərbaycanın DİN tərəfindən SalamNews informasiya …