İran saytından ermənilərlə Xameneinin Azərbaycana qarşı mövqeyinin üst-üstə düşdüyünə etiraf

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana”a istinadən yaydığı məlumata görə, İranın ETTELAAT İdarəsinə bağlı və kəskin anti-Azərbaycan mövqeyi ilə seçilən “Azariha” saytı dolayı yolla ermənilərlə XameneininAzərbaycana qarşı mövqeyinin üst-üstə düşdüyünə etiraf edərək yazır:

İran üzrə erməni ekspert Aharon Vartanyan Ermənistanın “Aravot” qəzetinə müsahibəsində deyib: “Sünik (Qərbi Zəngəzur) əyalətində real təhlükə mövcuddur və İranın mövqeyinin ölkənin dini rəhbərinin dilindən bəyan edilməsi buna sübutdur”.

Sual: Cənab Vartanyan, sizin təhlilinizə görə, İran İslam Respublikası liderinin son bəyanatlarını [sərhədlərin dəyişdirilməsinin İranın qırmızı xətti olmasına dair] ikinci Qarabağ müharibəsindən sonra Tehranın digər rəsmi bəyanatlarından nə ilə fərqləndirir?

– Təbii ki, İranın ali liderinin məslə ilə bağlı son açıqlamaları fərqlidir. Birincisi, çünki Əli Xameneyi əvvəllər belə yüksək səviyyədə, yəni Rusiya və Türkiyə prezidentləri ilə görüşdə belə bir mövqe bildirməmişdi, İranın qırmızı xətləri ilə bağlı sadəcə ümumi açıqlamalar verirdi. İkincisi, o, sözügedən açıqlaması ilə birbaşa Türkiyəyə xəbərdarlıq edib ki, belə bir siyasət (Zəngəzur dəhlizinin açılması) İran üçün arzuolunmazdır və İran buna qarşı çıxır. İranın Ermənistanla sərhədinin min illik rabitə yolu olduğunu bildirməsi Türkiyə və Azərbaycana (təbii ki, Türkiyənin dəstəyi ilə) açıq mesaj idi. Yəni nə qədər ki, bu iki dövlət regionla bağlı yeni tarix yazmağa çalışırlar, bilməlidirlər ki, onların tarixi Ermənistanla İranın minlərlə illik münasibətlərindən, Ermənistanla İran sərhədindən də qısadır”.

Sitat: “Biz bu məsələni İrəvan Dövlət Universitetinin İranşünaslıq fakültəsində dəfələrlə qaldırmışıq və indi bu bəyanat İranın ali rəhbərinin dilindən eşidildiyi üçün, bu məsələyə və Tehranın Türkiyə və Azərbaycanla müqayisədə Ermənistan-İran mədəni əlaqələrinin üstünlüyünə daha çox diqqət yetirilir. Digər tərəfdən, təəssüf ki, qeyd etmək lazımdır ki, Bakı və Ankaranın Ermənistanın Sünik vilayətinə münasibətdə “bəd niyyətlərinin” həyata keçməsi və ya keçməməsi İranın mövqeyindən “asılıdır”. İran liderinin bəyanatlarına bənzər açıqlamalar verildikdə, təhlil və araşdırma üçün müşahidəçilər mühüm məlumatlar əldə etmiş olur. Başqa sözlə, real təhlükənin olduğunu görmək olar və iki regional gücün liderləri ilə görüşdə ali rəhbərin İranın mövqeyini ən aydın şəkildə bəyan etməsi bunu təsdiq edir”.

Sual: İranın dini liderinin bu bəyanatının davamı olaraq, İrəvan öz mövqeyini vurğuladığını yenidən Tehrana çatdırmalıdır?

– İndiki mərhələdə Ermənistan və İranın maraqları bir-biri ilə üst-üstə düşür. Bizim maraqlarımız o dərəcədə üst-üstə düşür ki, Tehran Ermənistan-İran sərhədinin bağlanmasına qarşı çıxır və bununla da Ermənistanın Sünik vilayətinə qarşı hər hansı addımın qarşısını alır. Rusiya qüvvələrinin bölgədə olması da təsirli olmalıdır və Ermənistanın siyasi proseslərdə iştirakı da zərurətdir”.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Qıbrız Barış Əməliyyatının 50-ci ildönümü və 20 İyul Sülh və Azadlıq Günü münasibətilə tədbirə qatılıb-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Fransa hərbi təyyarəsi İrəvanın “Zvartnots” hava limanına endi – Video

GADTB: Fransanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə İrəvanda “Zvartnots” hava limanına enib. Hərbi təyyarədə silah-sursatın …