İran saytları Xameneinin Azərbaycan və Zəngəzur dəhlizinə qarşı çıxmasını əsaslandırmağa çalışırlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran saytları Xameneinin Ermənistanı himayə edərək Azərbaycan və Zəngəzur dəhlizinə qarşı çıxmasını əsaslandırmağa çalışırlar.

Bu istiqamətdə İranın “snn.ir” xəbər ajansı yazır: “Qarabağ böhranı coğrafi baxımdan elə bir bölgədə baş verir ki, geosiyasi nöqteyi-nəzərdən həmişə çox əhəmiyyətli olub və regiondankənar digər aktorların cəlb olunmasına gətirib çıxarır. Qarabağ enerji nəqlində mərkəzi mövqeyinə, sivilizasiyaların qarşılaşmasına və zəngin ehtiyatlarına görə geostrateji aspektdən son dərəcə vacib sayılır.

Beynəlxalq münasibətlər üzrə iranlı espertlər Zöhrə Ərəbzadə və Mehdi Seyf Təbrizi Cənubi Qafqazda baş verən son proseslərlə bağlı İranın maraqlarını və qeyri-obyektiv yanaşmasını ortaya qoyublar: “İran rəhbəri Ayətullah Xameneyi Tehranda Rusiya və Türkiyə prezidentləri ilə görüşdə qətiyyətli çıxış edib və İranın Ermənistanla beynəlxalq sərhədlərinin siyasi və coğrafi strukturunda hər hansı bir dəyişikliyə İranın qarşı çıxdığını və icazə vermədiyini vurğulayıb.

Bunu nəzərə alaraq, İran-Ermənistan sərhəd xəttində nəzərdə tutulan milli təhlükəsizlik göstəricilərini yenidən müəyyənləşdirmək və vurğulamaq lazımdır ki, beynəlxalq münasibətlərin tendensiyalarına və yeni məsələlərə uyğun olaraq İranla Ermənistan arasındakı quru sərhədin təhlükəsizlik və iqtisadi tərəflərinin əhəmiyyəti müəyyən edilsin. Bununla da İran liderinin Cənubi Qafqaz regionunda status-kvonun saxlanmasını vurğulamasının səbəbləri aydın olsun…”.

Həmçinin yoxlayın

İran İsraildən intiqam əvəzinə bir yəhudi milyarderin gəmisini ələ keçirdi

GADTB: İran Hörmüz boğazında Portuqaliya bayrağı altında üzən gəmini ələ keçirməkdə ittiham olunur. Bu barədə …

Şorabil gölündə çirklənmə nəticəsində balıqlar məhv olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, baxımsızlıq nəticəsində Ərdəbilin Şorabil gölünün çirklənmə və ekoloji …