Bazar ertəsi , May 20 2024
azfa

İran SEPAH terror təşkilatının təxribatçı fəaliyyətləri ilə bağlı yeni faktlar yayıldı

GADTB: İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xarici ölkələrdə fəaliyyət metodu ilə bağlı yeni faktlar ifşa edilib.

Terror təşkilatı olan SEPAH-ın “İmam Hüseyn” bölməsi hətta İrana müttəfiq ölkələrdə fəaliyyətlərinin əhəmiyyətli hissəsini hakimiyyətdən gizlədib.

SEPAH-ın Qüds qüvvələrinə tabe diviziyalardan olan “İmam Hüseyn” ordusunun əsas fəaliyyət mərkəzlərindən biri Suriyadır.

Müxtəlif ölkələrin, o cümlədən Sudan, Əfqanıstan, Pakistan, Azərbaycan və başqa dövlətlərin vətəndaşlarından təşkil edilən silahlı qruplaşmaların əsas mərkəzləri Hələb və Həməs şəhərlərində yerləşir.

Bundan əvvəl Bəşər Əsəd rejiminə müxalif qüvvələrə qarşı Dəməşq hakimiyyəti ilə birgə fəaliyyət göstərən “İmam Hüseyn” ordusu hazırda İsrail və Türkiyə qüvvələrinə qarşı hücumlarda fəal rol oynayırlar.

Məlumata görə, İran silahları yük təyyarələri, gəmiləri Lazkiyə (Latakiya) limanı və yük maşınları İraq yolu vasitəsilə “İmam Hüseyn” ordusuna çatdırılır.

Bununla yanaşı, Suriya böhranından və baş verən zəlzələdən istifadə edən SEPAH müxtəlif növ silahları humanitar yardım və avadanlıqlar adı altında yük maşınları, gəmilər və mülki sərnişin təyyarələri vasitəsilə Suriyadakı qüvvələrinə ötürür.

“İmam Hüseyn” ordusunun əlində olan yüksək keyfiyyətli silahların xüsusi şəkildə, o cümlədən, pilotsuz uçuş aparatları və raketdən müdafiə sistemləri ilə qorunan gizli anbarlarda saxlanıldığı bildirilir. SEPAH-a bağlı adıçəkilən qruplaşmanın ixtiyarında olan bir sıra əhəmiyyətli silah anbarları hətta Dəməşq hökumətindən də gizli saxlanılılır. Bu qruplaşma İranın qabaqcıl hərbi texnikasını Suriya rejiminə kömək etmək adı altında alsa da, praktikada bu texnika Əsəd rejiminin xeyrinə istifadə edilmir və başqa hədəflər, o cümlədən, İsrailə, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə qarşı hücumlar üçün nəzərdə tutulur. Həmin qabaqcıl silahların bir çoxunun iz itirmək və qorunmaq üçün yaşayış bölgələrində inşa edilən anbarlarda, məktəb və xəstəxana görüntüsü verilən binalarda saxlanıldığı deyilir.

İsrail hərbi hava qüvvələrinin son hücumlarında mülki olduqları iddia edilən dağıdılan dörd binada həmin silahların saxlanıldığı qeyd edilir.

Hazırda SEPAH-ın Suriyadakı “İmam Hüseyn” ordusunun komandiri Zülfüqar Hənəvi adlı livan əsilli şəxsdir. O, bundan əvvəl Livan Hizbullahının “Əziz” silahlı bölməsinin rəhbəri və Qasım Süleymaniyə yaxın şəxslərdən biri olub.

Həmçinin yoxlayın

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəalı indi də sürgünə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə həbs etdiyi …

Yerli əhalinin kürd terrorçuların təhrif etdiyi Azərbaycan kənd adlarını qaytarmq üçün mübarizə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Salmas bölgəsində İran rejimi və kürd …