Çərşənbə axşamı , Oktyabr 8 2024
azfa

İran telekanalın;n canlı yayımına “Əli ədaləti” haker qrupu hücum edərək üsyan anonsu verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən “Əlinin ədaləti” adlı haker qrupu İranın dövlət radio və televiziya kanallarının canlı yayım və arxiv platforması olan “Telewebion”a qarşı kiber hücum həyata keçirib.

Nəticədə bu platforma vasitəsilə canlı yayım həyata keçirən İranın bir neçə televiziya kanalının efiri ələ keçirilib.

Faktı təsdiqləyən “Telewebion” bildirib ki, bu gün axşam saat 02:00 radələrindən 23:00-a qədər hücum nəticəsində sistemdə problemlər yaşanıb və bir neçə kanalın verilişləri yarımçıq saxlanılıb.

Məlumatlara əsasən, bu gün İranın dövlət teleradio kanalları adi qaydada verilişlərinin yayımını davam etdirərkən qəfildən həmin proqramlar dayanıb və əvəzində İran hökumətinə qarşı “Xameneiyə ölüm” şüarları ilə keçirilən mitinqlər yayımlanıb.

Daha sonra maskalı bir şəxsin görüntüsü gəlib və o, İran hökumətinə qarşı fikirlər səsləndirərək bu rejimi yıxacaqlarını bəyan edib. Sonda isə “qorxmayın, qorxmayın, biz hamımız birlikdəyik” şüarı səsləndirilib. Bu, son illər İran rejiminə qarşı keçirilən mitinqlərdə səsləndirilən şüarlardan biridir.

Qeyd edək ki, son aylar ərzində İranın televiziya və radioları da daxil olmaqla bir çox infrastrukturuna qarşı kiber hücumlar həyata keçirilir.

Həmçinin yoxlayın

Güney Azərbaycan şəhərlərində təqaüdçülər etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan şəhərlərində təqaüdçülər etiraz aksiyası keçirib. Əsasən …

Molla rejimi Məhəmmədrza Xəlilini Astaranın Ərdəbilə qaytarılması kampaniyasına qatqatıldığı üçün bir il müddətinə həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Astaranın Ərdəbilə birləşdirilməsi kampaniyasında iştirak edən azərbaycanlı gənc …