Çərşənbə , Oktyabr 14 2026
azfa

İran televiziyası yenə Qərbi Azərbaycanın Sulduz şəhərini Kürdüstan adlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın anti-türk və anti-Azərbaycan rejimi Azərbaycan ərazilərini Kürdüstan kimi göstərib və bu əraziləri kürdləşdirib Azərbaycandan ayırmaq istiqamətində yenə Qərbi Azərbaycanın Sulduz şəhərini Kürdüstan adlandırıb.

Cümə axşamı İranın 2-ci telekanalı kürd terror qruplarının 1980-ci ildə Sulduza hücumu və Sulduz əhalisinin terrorçulara qarşı müqaviməti haqqında sənədli film nümayiş etdirib. Bu sənədli filmdə İran rejimi Qərbi Azərbaycan vilayətinin düzgün adını işlətmək əvəzinə saxta “Kürdüstan vilayəti” ifadəsini işlədib.

İrqçi fars-molla rejimi bu istiqamətdə Türkiyə ilə Güney Azərbaycan arasında kürdlərdən ibarət bufer zona yaratmaq istəyir. Ona görə də Qərbi Azərbaycanı kürdləşdirməyi və televiziyada buranı Kürdüstan adlandırmağı qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …