GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran ordusunun Baş Qərargahının sözçüsü Əbülfəzl Şikarçı Yəməndə terror qruplaşmasını qismən silahlandırdığını etiraf edib.
Bildirilir ki, İran Yəməndəki Husi qruplaşmasına pilotsuz uçuş aparatları, raket və silah texnologiyaları transfer edib.
O etiraf edib ki, husilərə raket texnologiyası veriblər.
O həmçinin Səudiyyə Ərəbistanı və Yəmən hökuməti rəhbərliyindəki koalisiyaya qarşı döyüşən Husiləri silahlandırdıqlarına dair iddiaları təkzib edib. Şikarçı Husilərə birbaşa silah göndərdikləri iddialarının doğru olmadığını, onlarla müdafiə sahəsindəki təcrübələrini bölüşdüklərini iddia edib: “Onlar da Yəməndə pilotsuz uçuş aparatları, raket və silahlar istehsal edib. İrandan onlara raket göndərdiyimiz doğru deyil”.
Halbuki, terrorçuların nə PUA, nə raket və nə də inişaf etmiş silahları istehsal etmək üçün zavod və texnologiyaları yoxdur və dəfələrlə husilərə göndərilən İran raketləri və başqa silahları ələ keçib.