Çərşənbə axşamı , Noyabr 30 2021
azfa

İran türkcə “Bənsu” adına görə 2 ildi azərbaycanlı körpəyə şəxsiyyət vəsiqəsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanda azərbaycanlı körpəyə türkcə “Bənsu” adına görə 2 ildir şəxsiyyət vəsiqəsi verməkdən boyun qaçırır.

Körpənin atası Meysəm Nicati sosial mediada etdiyi paylaşımda qızına türk adı seçdikləri üçün 2 ildir şəxsiyyət vəsiqəsi ala bilmədiyini yazıb.

O, İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarəsinin qızı “Bənsu”nun adının öz ana dilində olduğuna görə, ona iki ildir şəxsiyyət vermədiyini qeyd edib.

Meysəm Nicati özünün “Twitter” hesabında türk və fars dillərində yazıb:“Qızım Bənsunun iki yaşı var. Lakin bu günə qədər ona ana dilində ad seçdiyim üçün şəxsiyyət vəsiqəsi ala bilməmişəm”.

Qeyd edək ki, İran rejimi Azərbaycan Türk Millətini bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək məqsədilə onlara öz övladlarına öz dillərində ad qoymağı qadağan edib.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi zorakılıq edən ETTELAAT məmurunun  cəzadan azad edilməsinə etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Əlirza Fərşi zindanda onu döyən …

Rus mediası Türk PUA-larının Rusiya üçün təhlükəli olduğunu etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukraynanın aldığı türk PUA-larını izləyən Rusiya mətbuatı hər …