Çərşənbə , Oktyabr 9 2024
azfa

İran türkcə kitabların nəşrinə ciddi məhdudiyyət tətbiq edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi son aylar Azərbaycan türkcəsində nəşrə hazırlanan kitabların nəşrinə ciddi məhdudiyyət tətbiq edir.

“Yaz” nəşriyyatının müdiri Bəhram Əsədi dediyinə görə, İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin türk dili, mədəniyyəti, tarixi və kimliyi ilə bağlı olan nəşrlərə münasibəti son vaxtlar daha da sərtləşib.

Əsədinin sözlərinə görə, uşaqlar üçün nəzərdə tutulan kitabların nəşrinə də həssaslıqla yanaşılır, çapına icazə verilmir.

Bir neçə gün əvvəl şair, tərcüməçi və mədəni fəal Saleh Səccadi də həmin məsələ ilə bağlı paylaşdığı postda yazıb: “Yaranan vəziyyət türk dilində kitabların nəşrinə, Azərbaycanın tarix, dil və mədəniyyəti ilə bağlı fəaliyyətlərə birmənalı olaraq qadağa kimi dəyərləndirilə bilər”,- Saleh Səccadi bildirib.

Qeyd edək ki, irqçi fars-molla rejimi Azərbaycan Türk Millətini bir millət kimi məhv etmək üçün türk dilində kitabların çapına ciddi qadağa və məhdudiyyət tətbiq edir.

Həmçinin yoxlayın

“TEKNOFEST” sərgisi gələn il Şimali Kiprdə keçiriləcək

GADTB: Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti (ŞKTC) Ersin Tatar təşkilatçıların 2025-ci ildə Aviasiya, Kosmonavtika və …

Şuşada “Türktransplant” sistemi yaradılır

GADTB: Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV …