Cümə axşamı , Oktyabr 15 2026
azfa

İran Türkiyə vətəndaşını girov götürüb

GADTB:Ştutqartda fəaliyyət göstərən “Stelp” yardım təşkilatı xeyriyyə  təşkilatının qurucusu Serkan Erenin 23 iyun 2025-ci ildən İrana humanitar səfərindən sonra itkin düşdüyünü və onunla heç bir əlaqə saxlamaq mümkün olmadığını açıqlayıb.

Təşkilatın məlumatına görə, Türkiyə vətəndaşı Serkan Eren Almaniyadan maliyyə yardımı çatdırmaq üçün humanitar missiya ilə İrana gedib və qeyd olunan tarixdə İranı tərk etməli idi. Lakin o, İranı tərk etməyib və o vaxtdan bəri onunla heç əlaqə saxlamaq mümkün deyil.

Serkan Eren İrana səfər etməzdən əvvəl Almaniyanın SWR mətbu orqanına verdiyi müsahibədə hər hansı anlaşılmazlıqların qarşısını almaq, casusluq və ya təxribatda ittiham olunmamaq üçün peyk telefonu, gülləkeçirməz jilet, dəbilqə kimi heç bir təhlükəsizlik və ya rabitə avadanlığı gətirmədiyini və İrana yalnız sadə bel çantası ilə daxil olduğunu bildirmişdi.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …