Çərşənbə , Noyabr 11 2026
azfa

İran və Avropanın böyük dövlətlərinin rəsmiləri İstanbulda görüşüblər

GADTB: Bu gün İran XİN rəhbərinin müavinləri Kazım Qəribabadi və Məcid Təxt Rəvançi İstanbulda üç Avropa ölkəsi – Britaniya, Fransa və Almaniyanın siyasi rəsmiləri ilə bir araya gəliblər. Bu barədə Qəribabadi “X” hesabında paylaşım edərək yazıb:

“Təxt Rəvançi ilə mən İstanbulda Avropa üçlüyünün nümayəndələrini qonaq etdik. Biz dolayı nüvə danışıqlarının son vəziyyətini və sanksiyaların ləğvi barədə danışıqlar apardıq”.

Onun sözlərinə görə, İran və Avropa üçlüyü diplomatiyanı davam etdirmək və ən uğurlu şəkildə istifadə etmək əzmindədir. Qəribabadi qeyd edib ki, danışıqları davam etdirmək üçün lazım gəldikdə yenidən görüş keçiriləcək.

Həmçinin yoxlayın

Keçmiş hakimdən etiraf: Məndən Traktorun əleyhinə fit çalmağı tələb etdilər

GADTB: İran futbolunun Premyer Liqasının keçmiş hakimi Əli Səfayi etiraf edib ki, Hakimlər Komitəsinin üzvləri …

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …