Cümə axşamı , Aprel 30 2026
azfa

İran vurduğu Ukrayna təyyarəsində ölənlərin təkcə 6-nin ailəsinə 107 milyon dollar təzminat ödəməyə məhkum edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın 2020-ci ilin 8 yanvarında vurduğu Ukrayna Hava Yollarına məxsus “Boeing 737” təyyarəsində ölən 63 kanadlı vətəndaşdan 6-sı Tehranı məhkəməyə verib və son qərar açıqlanıb.

Ontario Məhkəməsi 6 qurbanın varislərinə 107 milyon dollarlıq təzminat ödənilməsini hökm edib.

Hakim Belobaba öz qərarında ailə üzvlərinə rəhbərlik, qayğı və dostluq itkisinə görə 1 milyon dollar, mənəvi zərər və iztirablara görə isə 6 milyon dollar verilməsini istəyib.

Məhkəmə iddiasını qaldıran Şahin Müqəddəm, Mehrzad Zarei, Ali Gorci və İrandan qisas almaqdan qorxan və adlarını gizli saxlayan digər üç nəfərin vəkili Mark Arnold CBC-yə bildirib ki, təzminat rəqəmlərini toplamaq üçün nə lazımdırsa edəcəklər.

Vəkil deyib ki, İranın Kanadadakı və xaricdəki varlıqlarına əl qoyacağını, İranın başqa ölkələrdə neft tankerlərinin olduğunu və ailələrin borclarının ödənilməsi üçün qanuni mübarizəni davam etdirəcəklər. Bu mövzuda hüquqi mübarizənin iki fərqli ölçüsü olduğuna diqqət çəkən Arnold deyib ki, fərdi mübarizə aparırlar, lakin Kanada hökuməti lazım olanı etmir. Kanada baş nazirini qurbanların ailələrinə kömək etməyə çağırıram”.

Həmçinin yoxlayın

Trampa İrana qarşı mümkün hərbi əməliyyatların yeni variantları edilir

GADTB: Axios xəbər verir, ABŞ prezidenti Donald Tramp bu gün ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı …

Marağalı şair Barişmaz təxəllüslü Heydər Abbasi vəfat edib

GADTB: Azərbaycanlı şair Heydər Abbasi (Barişmaz) 83 yaşında Marağa şəhərində vəfat edib. Məlumata görə, 1322-ci …