Şənbə , Noyabr 14 2026
azfa

İran Xəttatlar Dərnəyi türkləri təhqir etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Xəttatlar Dərnəyi imtahan sualında qərəzli şəkildə türkləri təhqir edib.

İmtahan sualında iştirakçılara mətn təqdim edib və onlardan onu transkripsiya edib yaxşı xətlə yazmaları istənilib.

Həmin mətndə Səlcuq türklərinin yazıya və ədəbiyyata tamamilə yad olduqları, natiqlikdən və nəzakətdən məhrum qaldıqları iddia edilib.

Əlavə olaraq mətndə türklər “köçəri xalqlar”, “muzdlular”, “çadırda yaşayanlar və yarı vəhşilər” kimi təqdim edilib və türklərin muzdlu kimi İslam dünyasına soxularaq İslam mədəniyyətinə özlərinin uydurduqları şeyləri əlavə etdiyini qeyd edilib.

Qeyd edək ki, türk imperatorluqlar vasitəsilə indiki İran ərazisinə yayılan və dilləri qorunaraq inkişaf edən taciklər türklərə qarşı düşmənçilik etməkdən heç cür çəkinmir və hər vasitə ilə onları aşağılayıb, öz zəifliklərini ört-basdır etməyə çalışırlar.

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …