GADTB: Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) istismarı regionun ekologiyasına zərbə vurur. Bu barədə mütəxəssislər dəfələrlə bəyanat səsləndiriblər.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə bu dəfə atom fiziki, ekologiya məsələləri üzrə mütəxəssis kimi çıxış edərək Metsamor AES-nin Araz çayını radioaktiv maddələrlə çirkləndirməsi barədə məlumatların doğru olmadığını vurğulayıb. O, parlamentdə deputat Vəli İsmayılın məsələyə dair sualını cavablandırarkən deyib ki, İranın Atom Enerjisi Təşkilatının texniki və tanışlıq hesabatına əsasən, Metsamor AES-nin çirklənməyə səbəb olması istisna edilir.
İran ekoloji məsələ ilə bağlı bir qayda olaraq, Ermənistanı müdafiə edir. Əvvəllər Zəngəzur Mis-molibden kombinatından da çirkli suların Arazın qolları vasitəsi ilə çaya axıdıldığı bildirilirdi. Onda da Tehran rəsmiləri bu ekoloji cinayəti ört-basdır edirdi.