Çərşənbə , Aprel 22 2026
azfa

İran xarici qaçqınları Türkiyəyə keçməyə məcbur edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Böyük Millət Məclisinin Miqrasiya Komissiyasının sədri Atay Uslu İran hökumətinin xarici qaçqınları Türkiyəyə keçməyə məcbur etdiyini bildirib.

“İran bir çox ölkədən, xüsusilə də Əfqanıstandan gələn mühacirləri qəbul edir. İran sərhədindəki səlahiyyətlilər mühacirləri Türkiyəyə daxil olmağa məcbur edirlər”-deyə o, İranın mühacirlərlə bağlı siyasətini şərh edərkən bildirib.

O, miqrantların həvəsləndirildiklərini, türk əsgərlərinin onlara, özəlliklə qadın və uşaqlara atəş açmayacaqlarından arxayın olduqları üçün qaçqınları ailələri ilə birgə Türkiyə sərhədinə yönəldiklərini deyib. 

Həmçinin yoxlayın

Sepah terror təşkilatı Hörmüz boğazında iki gəmini hədəfə alıb

GADTB: Bu gün Sepah terror təşkilatı Hörmüz boğazından keçməyə cəhd edən Avropanın ən böyük gəmiçilik …

Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağını deyir

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq. …