Çərşənbə , Noyabr 11 2026
azfa

İran XİN Azərbaycana qarşı əsassız insan haqları ittihamlar səsləndirdi

GADTB: İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda saxlanılan İran vətəndaşları ilə bağlı əsassız iddialar irəli sürüb. O, bu gün keçirilən mətbuat konfransında bildirib ki, Bakıdakı həbsxanalarda iranlı məhkumlara qarşı guya insan haqlarına zidd rəftar baş verir.

Bəqai qeyd edib ki, İran tərəfi bu məsələ ilə bağlı Azərbaycan hökumətinə dəfələrlə etiraz notaları təqdim edib və məsələnin ciddi şəkildə izlənildiyini bildirib:

“Təəssüf ki, bəzi hallarda vətəndaşlarımızın həbsindən illər keçsə də, onlarla konsulluq görüşü keçirmək mümkün olmayıb”.

O, həmçinin iki ölkə arasında mövcud olan məhkum mübadiləsi sazişinə toxunaraq, iranlı məhkumların İrana təhvil verilməsinin bu problemlərin həllinə töhfə verəcəyini iddia edib./ Azad İran

Həmçinin yoxlayın

Keçmiş hakimdən etiraf: Məndən Traktorun əleyhinə fit çalmağı tələb etdilər

GADTB: İran futbolunun Premyer Liqasının keçmiş hakimi Əli Səfayi etiraf edib ki, Hakimlər Komitəsinin üzvləri …

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …