Çərşənbə , İyul 24 2024
azfa

İran yenə Azərbaycan həqiqətlərini təhrif edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin əlaltıları yenə Azərbaycan həqiqətlərini təhrif ediblər.

Bu dəfə isə Azərbaycan şairi Nizami Gəncəvi haqqında tarixi faktlar saxtalaşdırılıb. Təbriz Universitetində rejimin əlaltısı olan fars dili və ədəbiyyatı müəllimi İbrahim İqbali Nizamini “İran aşiqi” adlandırıb.

İbrahim İqbali deyib: “Nizami özündən öncəki şairlərin əsərlərini oxuyub və İran mədəniyyətinin vurğunu olub”.

“İRNA”ya açıqlama verən İqbali deyib. O, fars şovinistlərinin Nizami ilə bağlı iddialarını təkrar edib.

O iddia edib ki, Nizaminin “Xəmsə” əsərində onun İran mədəniyyətinin təsiri altında olduğu açıq görünür. Onun fikrincə, Nizaminin əsərlərində İran mədəniyəti dərindən iz buraxıb: “Nizaminin “Xosrov və Şirin” əsərində onun İran mədəniyyətinə bağlılığını görür, şairin Tisfundan bu günkü Ermənistana qədər yayılan Sasani imperiyasının əzəmətini göstərməyə çalışdığını duyuruq”.

İbrahim İqbali müsahibəsində idda edib ki, guya Nizami “İskəndərnamə” əsərində “Makedoniyalı İsgəndərin İrana çatdıqda İran mədəniyyətinin təsiri altına düşdüyünü və asimilasiya olduğunu” yazıb.

İrqçi fars rejimin nökəri olan universitet müəllimi bu günə kimi fars şovinistlərininin Gəncəli Nizaminin doğulduğu yer və etnik mənsubiyyəti ilə bağlı təhrif olunmuş fikirlərini təkrar edib, onun atasının İranın Qum mahalının Təfriş bölgəsindən Gəncəyə köçdüyünü iddia edib.

Qeyd edək ki, İbrahim İqbali İran və Güney Azərbaycan ziyalıları, araşdırmaçıları tərəfindən uydurmalarına görə qeyri-ciddi şəxs kimi tanınır. Bununla belə, rəsmi dairələrin və irqçi fars cərəyanlarına bağlı qurumların sevimli “alim”lərindən sayılır. 

O, bundan öncə dahi Azərbaycan şairi, ustad Məhəmməd Hüseyn Şəhriyar haqqında səsləndirdiyi fikirlərinı görə ədəbiyyatçılar tərəfindən qınanmışdı.

İbrahim İqbali iddia etmişdi ki, Şəhriyar uşaqlıq illərindən seçilmiş din xadimi olub,  “Qurani Kərim”i və Hafizin divanını oxuyub və 7 yaşında fars dilində dini şeirlər yazıb. İqbali Təbriz Universitetində irqçi Həddad Adilin başçılıq etdiyi Fars Dili Qurumunun təşəbbüsü ilə keçirilən “Nizaminin Xəmsə Əsərinin Araşdırılması” konfranslarının əsas aparıcısıdır.

Həmçinin yoxlayın

Türk ölkələri Qazaxıstan və Özbəkistan yeni T916 hava dəhlizini açdı

GADTB: Dəhliz Avropadan Cənub-Şərqi Asiyaya uçuşlar üçün nəzərdə tutulmuş əlavə marşrutlardan biridir Qazaxıstan və Özbəkistan …

Azərbaycanlı futbolçu Əmir İbrahimzadə “Traxtur”dan çıxarılıb, xorvatiylı fubolçu gətirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən mövsüm “Traxtur”un heyətində olmaq fürsəti qazanan Azərbaycanın …