Bazar , Oktyabr 18 2026
azfa

İran yenidən Ermənistanın müdafiəsinə qalxdı: “Ermənistanın sərhədləri dəyişdirilə bilməz”

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın İrəvandakı səfiri Abbas Bədəxşan Zühuri yenidən anti- Azərbaycan mövqeyi ilə “zühur edib”.

İran səfiri bildirib ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri “dəyişdirilə bilməz” və bütün ölkələr Ermənistanın “suverenliyinə hörmət etməlidir”.

“Biz kommunikasiya yolları ətrafında dəhlizlərin (Zəngəzur dəhlizi- red.) açılmasına dair səsləndirilən fikirləri qəbul etmirik və düşünürük ki, Ermənistan ərazi bütövlüyünü qorumalıdır”, – deyə Zühuri ölkəsinin Qərbi Zəngəzur (Sünik- red.) bölgəsində açacağı konsulluq barədə danışarkən iddia edib.

Ermənistan hamisindən daha çox, qatı erməni kimi davranan İran və onun səfiri Zəngəzur vilayətinin yaxın keçmişdə Azərbaycanın tarixi torpaqları olmasına dair faktlara isə münasibət bildirə bilməyib. Görünür, Tehran 44 günlük müharibədə darmadağın olan Ermənistanın keçmiş himayədarlarını əvəz etmək niyyətindədir, sonu başdan məlum olsa belə.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …