Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İrana bağlı İraq terror qrupları Cənubi Azərbaycanda və İranda etirazların yatırılmasında iştirak edib

GADTB: Cənubi Azərbaycanın və İranın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalarının yatırılması zamanı İrana bağlı İraq terror qruplarının iştirakı açıq şəkildə müşahidə olunub. Bu barədə ABŞ mediasında da məlumat dərc edilib.

Amerikalı The Media Line (TML) nəşrinin yaydığı reportajda bildirilir ki, bir neçə iraqlı terrorçu qrup İranda etirazçıların zorakılıqla susdurulmasında rol oynayıb. Məlumata görə, İrana göndərilən iraqlı silahlı qüvvələrin dəqiq sayı açıqlanmasa da, sərhəd bölgələrindən daxilolmalar kütləvi xarakter daşıyıb.

TML-in hesabatında İraq Daxili İşlər Nazirliyinin Şələmçə sərhəd-keçid məntəqəsində xidmət edən əməkdaşına istinadən qeyd olunur ki, bazar günü axşama qədər “60-dan artıq avtobus” İrana keçib. Həmin əməkdaşın sözlərinə görə, avtobusların sərnişinləri rəsmi olaraq “zəvvar” kimi təqdim edilsə də, onların zahiri görünüşü və davranışları bu iddianı təkzib edib.

Hesabatda həmçinin İrana göndərilən şəxslərdən birinin anası ilə aparılan müsahibəyə də yer verilib. O bildirib ki, oğluna İranda etirazçıların yatırılmasında iştirak etmək üçün İraqın “Kətaib Hizbullah” terror qrupuna qoşulması müqabilində aylıq 600 ABŞ dolları təklif olunub.

Bu məlumatlar İran hakimiyyətinin daxili etirazları boğmaq üçün xarici, muzdlu və terrorçu qruplardan istifadə etdiyini göstərir və baş verənlərin təkcə daxili repressiya deyil, regional miqyasda təşkil olunmuş zorakılıq siyasətinin tərkib hissəsi olduğunu ortaya qoyur.

Həmçinin yoxlayın

Azərbaycanlı ekoloq fəal Milad Balsininin həbsdə saxlanılması davam edir, vəziyyəti barədə məlumat yoxdur

GADTB: Azərbaycanlı jurnalist və fəal Milad Balsinininin barəsində həbs qətimkan tədbirinin seçilməsindən 30 gündən çox …

“Türk Dünyası Gənclər Məclisi”ndə “Ayrılıq” mahnısının duyğulu ifası: “Qaqauz” sənətçinin dilindən Azərbaycanın ayrılıq hekayəsi – Video

GADTB: Moldovalı qaqauz türk müğənnisi Leonida Timoş “Türk Dünyası Gənclər Məclisi”ndə ölməz “Ayrılıq” mahnısını ifa …