Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İrana bağlı qüvvələr terror təşkilatı PKK-nı Türkiyəyə qarşı himayə edirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın dəstəklədiyi silahlı birləşmələrin İraq və Suriyada terror təşkilatı PKK ilə əməkdaşlıq edərək Türkiyəyə qarşı hücumlar həyata keçirdiyi bildirilir.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin İraq və Suriyadakı əməliyyatlarla bağlı hesabatında bildirilib.

Belə ki, sənəddə sözügedən silahlı birləşmələrin Türkiyənin Mosulun şimalındakı hərbi bazasına raket hücumu həyata keçirdiyi faktı qeyd olunub.

Məqsədin Türkiyə Silahlı Qüvvələrini terror təşkilatı PKK-ya qarşı əməliyyatlardan çəkindirmək olduğu vurğulanıb.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …