GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriya və İraqda İrana bağlı terrorçular son iki il ərzində İsrail və Amerikanın onlara qarşı raket hücumlarından yayınmaq üçün formalarını dəyişiblər.
İraqın Hizbullah qruplaşmasının üzvləri hava hücumlarından qorunmaq üçün adi insanların ya da bu ölkənin köçəri Bəsic qüvvələrinə oxşar geyimlərdən, habelə qeyri-hərbi maşınlardan istifadə ediblər.
“Kətaeb-i Hizbullah” terror qruplaşmasının üzvlərindən biri “İranWire” saytına səs yazısı göndərərək bildirib ki, adıçəkilən qrup Amerikanın 26 fevral 2021-ci ildəki hava hücumundan sonra növbəti hücumlardan qorunmaq üçün İraqın köçəri Bəsic qüvvələri və adi sivil insanlar kimi geyinməyə başlayıblar.
Qeyd edək ki, İrana bağlı terrorçular müxtəlif geyimlərdən istifadə edir. Onların hər birinin özünün yay, qış və ya xüsusi təlim geyimləri var.