
GADTB: ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatları noyabrın 9-da bərpa etmək ehtimalını nəzərdən keçirir.
“Fox News” telekanalı mənbələrinə istinadən xəbər verir ki, məsələ ilə bağlı çərşənbə və cümə axşamı günləri Ağ Evdə müzakirələr aparılıb.
Mənbələrin bildirdiyinə görə, mümkün əməliyyatın noyabrın 9-da başlanması variantı da müzakirə olunur. Bu tarixin seçilməsi ehtimallardan biri kimi yeni ayın görünməsi və bunun hərbi əməliyyatlar üçün əlverişli şərait yarada biləcəyi ilə əlaqələndirilir.
Telekanalın məlumatına əsasən, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hərbi əməliyyatların bərpası üçün hazırlıqları artıq yekunlaşdırıb. Bununla belə, komandanlıq hələlik əməliyyatların başlanması ilə bağlı yeni göstəriş almayıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi