GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrana bağlı terror qruplaşması olan “Hizbullah” İsrailə hücumları artıq geniş müharibənin başlanmasına səbəb olur. Gecə Hizbullah İsrailin şimalındakı yaşayış məntəqələrinə 50-dən çox raket atıb
“Əl-Məyədiin” telekanalının məlumatına görə “Hizbullah” döyüşçüləri çoxsaylı raket sistemlərindən 50-dən çox raket atıblar.
İsrailin 15 yaşayış məntəqəsində hava hücumu sirenlərinin işə düşdüyü bildirilir.
Məlumata görə İsrailin hava hücumundan müdafiə sistemləri raket və minaatan hücumunu dəf edir. Mərmilərin Beyt Hillel, Kiryat Şmon və Misqav Ama kimi bölgələrə düşdüyü bildirilir.