Çərşənbə , Oktyabr 21 2026
azfa

İranda əhalinin elektrik enerjisinin davamlı kəsilməsinə etirazları davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda elektrik enerjisinin davamlı verilişində fasilələrin yaranması ciddi etirazlara səbəb olub. Onlarla şəhərdə əhali müxtəli yerlərdə etiraz aksiyası keçirib.

Tehran, Ənəzəli, Bəndər Gəz, Ağqala, Günbəd Kavus, Kazerun və onlarla digər şəhərlərdə əhali elektrik enerjisinin verilişinə etiraz edib.

Bu arada isə İranın Təvanir Şirkətinin məsulları elektrik enerjisinin kəsilmələrinin arta biləcəyi ilə bağlı xəbərdalıq edib və vəziyyətin böhranlı olduğunu bildirib.

Dünən Gülüstan əyalətinin Qünbəd Kavus, Ağqala və Kürdköy, Fars əyalətinin Kazerun və bir sıra başqa şəhərlərdə insanlar elektrik enerjisinin geniş kəsintilərinə etiraz olaraq xiyavanlara çıxıblar. Tehranın Səadətabad məhəsəsində etirazçıların “Diktatora ölüm, Xaməneiyə ölüm, İran İslam Cümhuriyətinə ölüm” və s. şuarlar səsləndiriblər.

Son günlərdə çox sayda vətəndaş elektrik kəsilməsi zamanı və hətta sonrası mobil telefon şəbəkəsinin və internetin sıradan çıxmasından şikayətlənib.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …