Şənbə , Avqust 15 2026
azfa

İranda daha bir neçə körpü və rabitə infrastrukturu ABŞ hücumlarının hədəfi olub

GADTB: Sepaha yaxınlığı ilə tanınan Təsnim xəbər agentliyi ABŞ-ın İrana qarşı hücumlarının yeddinci gecəsində Bəndər-Abbas–Rudan avtomobil yolunda yerləşən iki körpünün hədəfə alındığını və həmin marşrutun zərər gördüyünü bildirib.

Agentliyin məlumatına görə, hücumlar nəticəsində bir neçə nəfər ölüb və yaralanıb. Lakin ölən və yaralananların dəqiq sayı, eləcə də dəymiş ziyanın həcmi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Hörmüzqan vilayətinin qubernatorluğu da şənbə günü, 18 iyul tarixində səhər saatlarında bəyan edib ki, ABŞ hücumları nəticəsində gediş-gəliş istiqamətində yerləşən Mirzayi tuneli bağlanıb. Həmçinin Bəndər-Abbas–Sircan yolunda yerləşən Şur çayı körpüsü, eləcə də Minab üçyolundan Rudan istiqamətində, Sərzə yolayrıcından sonrakı körpü də hücuma məruz qalıb.

Qubernatorluq təhlükəsizlik səbəbindən vətəndaşlara həmin marşrutlardan istifadə etməməyə çağırış edib.

Eyni zamanda Təsnim xəbər agentliyi Larak adasına edilən hücum zamanı adadakı dəniz müşahidə qülləsinin raket zərbəsinə məruz qaldığını bildirib. Bundan əvvəl Hörmüzqan vilayətinin qubernatorluğu gecə saat 01:30-da adada yerləşən bir məntəqənin hədəfə alındığını açıqlamışdı.

Həmçinin yoxlayın

Tramp: İran rejiminin məğlubiyyətindən sonra Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm

GADTB: ABŞ Prezidenti Donald Tramp avqustun 14-də Lonq-Aylendin Qarden-Siti şəhərində çıxışı zamanı ABŞ-ın Hörmüz boğazına …

Təbrizli sənətçiyə bu dəfə Babək Xürrəmdin tamaşasına görə cümə namazı xütbəsindən təhdid

GADTB: Təbriz imam-cüməsi və Şərqi Azərbaycan üzrə Vəli-fəqihin nümayəndəsi Əhməd Mütəhəri-Əsl 23 mordad tarixində cümə …