Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İranda ETTELAAT-a bağlı saytlar Zəfər Qurultayına qarşı təxribat və iftiralara başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın terrorçu Sepah və ETTELAAT İdarəsinə bağlı saytları yaxın günlərdə Şuşada keçiriləcək Zəfər Qurultayına qarşı təxribat və iftiralara başlayıblar. Rejim bu saytlar vasitəsilə qurultayı pantürkistlərin Antiiran toplantısı adlanrıb.

ETTELAAT İdarəsinə bağlı “Azəriha” saytının Teleqram kanalında bununla bağlı yazılıb: “Dəflərlə bildirilmişdik ki, Əliyev Qarabağı nəzarətə götürsə, bizim sərhədlərimiz Antiiran və separatçıların fəaliyyət mərkəzinə çevriləcək. Qarabağda keçirilməsi nəzərdə tutulan qurultay öz-özlüyündə Antiiran hərəkətidir və burada pantürkist qrupların toplaşması İrana qarşı müharibə elan etməkdir. Qurultayda İsrail casusları və MİT-in məmurları başqa adlar altında iştirak edəcəklər”.

Bununla yanaşı, İranın bir sıra sosial media qruplarında qurultayın keçirilməsi ilə bağlı təxribat və iftira xarakterli mənfi yazılar dərc edilib və bunun İranı hər tərəfdən mühasirəyə almaq cəhdi kimi dəyərləndirilib.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …