Şənbə , İyul 13 2024
azfa

İranda neftçilərin tətilləri genişlənir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın müxtəlif bölgələrində neftçilərin iyunun 19-dan etibarən başlatdığı tətillər genişlənməkdədir.

Tehranda və İranın bir sıra cənub şəhərlərində neft və qaz sənayesi işçilərinin başlatdığı etirazlar davam edir. Onlar öz tələblərinə nail olmayana qədər tətilə davam edəcəklərini bildirirlər.

İşçilər bir araya gələrək, əmək haqlarının artırılmasını, gecikdirilmiş əvvəlki əmək haqlarının ödənilməsini, iş mühitində peşə təhlükəsizliyinin qorunmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.

Qeyd edilir ki, tətili davam edən işçilər dünən keçirdikləri atiraz aksiyasında “Biz öz haqqımızdan keçməyəcəyik” şüarını səsləndirərək, istəkləri yerinə yetirilməyənə qədər iş yerlərinə qayıtmayacaqlarını bildiriblər.

Eyni zamanda Kənqan, Abadan, Gəçsaran, Buşehr, Behbəhan, İsfahan və Tehrandakı neft və qaz sənayesi komplekslərində çalışan işçilər də tətilə başlamaqla öz həmkarlarına dəstək vermiş, tələbləri yerinə yetirilməyincə işə qayıtmayacaqlarını bildiriblər.

İşçilərin haqlı etirazları qarşısında İran rejimi fəhlələri işdən qovmaqla hədələyir.

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …