Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

İranda “Starlink” peyk internet xidmətindən istifadə edənlər cəzalandırılacaq

GASTB: Müstəqil informasiya vasitələrini məhdudlaşdırmağa davam edən İran parlamenti “Casusluğa və düşmən rejimlərlə əməkdaşlığa görə cəzanın artırılması” adlı qanun layihəsini qəbul edib, bununla bağlı “Starlink” kimi internet avadanlıqlarının istifadəsini, alınmasını, satışı və idxalını qadağan edib.

Qeyd olunur ki, Starlink kimi lisenziyasız elektron İnternet rabitə cihazlarından istifadə, daşımaq, almaq və ya satmaq, idxal etmək və ya istifadəyə vermək qadağandır və 6-cı dərəcəli həbs və avadanlıqların müsadirəsi ilə nəticələnəcək.

Qanun layihəsini tənqid edənlər bunu insanların azad xəbər mənbələrinə çıxışını ciddi şəkildə məhdudlaşdırmaq üçün növbəti cəhd kimi qiymətləndirirlər.

Qeyd edək ki, irqçi fars-molla rejimi insanlardan həqiqətləri gizlətmək məqsədilə onları dünyadan internetə məhdudiyyətlə ayırmaq istəyir.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …