Cümə axşamı , Dekabr 5 2024
azfa

İrandan Ermənistana qeyri-neft ixracı 38% artıb

GADTB: “Təhlil Bazar” saytı məlumat verir ki, bu yaz İrandan Ermənistana qeyri-neft ixracı 335 min tondan çox, 101 milyon 747 min dollar (172 milyon 969 min 900 ₼) dəyərində mal olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 70%, dəyərdə isə 38% artım deməkdir.

Bu barədə İranın Ticarət sənayesi, dağ-mədən evinin inkişafı, beynəlxalq münasibətlər üzrə komitəsinin mətbuat katibi Seyid Ruhullah Lətifi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın İrana səfəri ilə eyni vaxtda deyib.

Onun sözlərinə görə, İrandan Ermənistana qeyri-neft sektorunda ixracat 53% artıb. 2023-cü ilin yazında 38,4% artaraq ötən ilin birinci rübünə bərabər olub.

“Üç milyonluq əhali ilə nisbətən kiçik olmasına baxmayaraq, Ermənistan İranın Avrasiya İqtisadi Birliyinə və Şərqi Avropaya qapısıdır”-deyə, o, əlavə edib./ Azad İran

Həmçinin yoxlayın

Türkiyə Milli Müdafiə Nazirliyi Suriya hadisələri ilə bağlı açıqlama yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk Suriya …

Güney Azərbaycanın Qəzvin bölgəsindədə aldadılan əhali etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qəzvin bölgəsindədə aldadılan əhali etiraz aksiyası …