GADTB: Mehnaz Omarinin Finlandiyadakı PKK personalı ilə təşkilatın sözdə yüksək rəhbərliyi arasında koordinasiyanı təmin etdiyi, insanların təşkilata gətirilməsi və maliyyə təminatında fəaliyyət göstərdiyi müəyyən edilib.
Separatçı terror təşkilatı PKK-nın Finlandiya qolunda məsullarından biri “Naze Ad” kod adlı İran əsilli Mehnaz Omari İstanbulda ələ keçirilib.
Terrorçu Omarinin Finlandiyadakı PKK personalı ilə təşkilatın sözdə yüksək rəhbərliyi arasında koordinasiyanı təmin etdiyi, insanların təşkilata gətirilməsi və maliyyə təminatında fəaliyyət göstərdiyi müəyyən edilib.
Təşkilatın adına Finlandiyada aksiya və tədbirlər təşkil etdiyi öyrənilən PKK-lı Mehnaz Omarinin tutulması ilə təşkilatın Finlandiya qolu ilə bağlı xeyli məlumat öyrənilib.