Şənbə , İyul 20 2024
azfa

İrandan tayı-bərabəri olmayan uğur: İraqda şiələri bir-birinə qırdırır-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın fars molla rejiminin ayağı dəydiyi müəslman ölkəsində mütləq qruplaşma və qırğın olmalıdır. Lakin İran ilk dəfə daha bir ilkə imza atdı bu dəfə sırf şiələri İraqda bir-birinə qırdırmağı bacardı.  

Xameneinin əlaltıya çevirdiyi şiələr və terrorçu qruplaşmalarla Müqtəda əs-Sədrin tərəfdarı olan şiələr arasında silahlı toqquşma nəticəsində çox sayda indan həlak olub.

İraqda İranın müdaxiləsindən bezən əhali Xamenei və Qasım Süleymaninin portretlərini cırıb, İran bayrağını yandırıblar.

İraqda Müqtəda əs-Sədr tərəfdarlarının nümayişləri, İrana bağlı qüvvələrin nümayişçilərə atəş açması və onlarla insanın ölümü ilə nəticələnməsindən sonra Sədr tərəfdarları İran İslam Respublikasının bayrağını yandırıblar.

Qeyd edək ki, bu gün etirazçılar habelə Bağdadda iranlı general Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndisin banerlərini qopararaq od vurublar.

https://www.youtube.com/shorts/gp_RI6cGVjs

Həmçinin yoxlayın

“Human Rights Watch” molla rejimin edama məhkum etdiyi azərbaycanlı işçi fəalı ilə bağlı bəyanat yaydı

GADTB: “Human Rights Watch” Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan edama məhkum edilmiş azərbaycanlı işçi hərəkatı …

​​ Azərbaycanlı fəalı İrəc Şirzad həbs edilərək zindana salınıb

GADTB: Ərdəbildə Güney Azərbaycan Milli Hərəkatının fəalı İrəc Şirzad həbs edilərək siyasi təqiblərin qurbanına çevrilib. …