Bazar , Fevral 16 2025
azfa

İranı sosial xaos gözlədiyi qeyd edilir

GADTB: İrqçi fars-molla rejimini sosial xaos gözlədiyi qeyd edilir.

Fransanın “La Croix” qəzeti bununla bağlı yazıb ki, İranda iqtisadi problemlər və dolanışıq böhranı İran hökumətinin rəsmilərinə qarşı ictimai qəzəbin artmasına səbəb olub və bu qəzəb sosial iğtişaşlarla doludur. Bildirilib ki, hökumət qaz, işıq kimi ən sadə xidmətləri belə çətinliklə təmin edə bilir.

Qəzetdə yazılana görə, belə şəraitin təhlükəsi sosial xaosun, ictimai narazılığın və etirazların yaranması, iqtisadi iflas, valyutanın kəskin dəyər itirməsidir.

24 yaşlı iranlı tələbə qəzetə bildirib ki, insanlar yaşayış xərclərini ödəyə bilmirlər. Onun sözlərinə görə, gənclərin gələcəyi ilə oyanayan İran hökumətinin rəsmiləri iqtisadi çöküşə görə günahkardırlar.

Həmçinin yoxlayın

Traxtur klubunun Sahibi İranda rasizm kəskin tənqid etdi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın irqçi dairələri və fars irqçilərinə xitabən müsahibə …

Təbrizdə şirniyyat daşıyan sürücülər tətil keçiriblər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbriz şəhərində “Şirin Əsəl” Qida Sənaye Qrupunun …