GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Əfqanıstandakı səfirliyi İranda əfqan mühacirlərə qarşı qeyri-insani davranışlara görə keçirilən etirazlardan sonra bağlanıb. Bu barədə səfirliyin bəyanatında məlumat verilib.
İran Dövlət Teleradio Şirkətinin məlumatına görə, İranın Kabildəki səfirliyi təhlükəsizlik problemləri ilə əlaqədar konsulluq xidmətlərinin bu həftənin sonuna qədər bağlandığını açıqlayıb.
Həmçinin İranın Əfqanıstandakı konsulluqlarının fəaliyyəti də dayandırılıb.
Əfğanlar Tehran hökumətinin Kabildə yerləşən səfirlik və Heratda yerləşən konsulluq binalarına hücum edərək İran bayrağını və konsulluq binasını yandırıblar.
Əldə edilən son məlumata görə, Əfqanıstanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılaraq bu ölkənin Əfqanıstanda yerləşən konsulluqlarının fəaliyyətinin dayandırıldığı bildirilib.
İran mediasının xəbərinə görə, ölkənin xarici işlər naziri Əmir Abdullahian Əfqanıstanın müvəqqəti işlər vəkili ilə görüşərək ona kəskin etirazını bildirib.