Çərşənbə axşamı , İyun 9 2026
azfa

İranın ABŞ və İsraillə müharibəsi Hindistanda keçirilən BRICS toplantısının əsas gündəmlərindən birinə çevrilib

GADTB: İran İslam Respublikasının ABŞ və İsraillə müharibəsi Hindistanda keçirilən BRICS xarici işlər nazirlərinin toplantısının əsas mövzularından birinə çevrilib və təşkilata üzv ölkələr arasındakı fikir ayrılıqlarını üzə çıxarıb.

Məlumata görə, İran Hindistandan — BRICS-in dövri sədrindən — toplantıdan ABŞ və İsrailin addımlarını pisləmək məqsədilə istifadə etməsini istəyib. Lakin İran İslam Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud fikir ayrılığı ortaq mövqenin formalaşdırılmasını çətinləşdirib.

Bildirilir ki, Səudiyyə Ərəbistanı və BƏƏ-nin İrandakı hədəflərə gizli hücumlar həyata keçirməsi ilə bağlı xəbərlərin yayılmasından sonra bölgədə gərginlik daha da artıb və Dehlidə keçirilən toplantı Yaxın Şərq böhranının kölgəsində başlayıb.

Toplantının yekununda ortaq bəyanat qəbul etməyə çalışan Hindistan daha əvvəl də bəzi BRICS üzvlərinin müharibədə birbaşa tərəf olduğunu etiraf etmiş və bunun konsensus əldə olunmasını mürəkkəbləşdirdiyini bildirmişdi.

Reuters agentliyi də yazıb ki, müharibənin yaratdığı enerji qiymətlərindəki kəskin artım BRICS ölkələrinin bir çoxunu, o cümlədən Hindistanı təcili iqtisadi tədbirlər görməyə məcbur edib.

Həmçinin yoxlayın

ABŞ vitse-prezidenti: Danışıqlar nəticəsiz qalarsa, digər variantlar da masada olacaq

GADTB: ABŞ-ın vitse-prezidenti Ceyms Devid (C.D.) Vens diplomatik səylərin davam etdiyini vurğulayaraq bildirib ki, danışıqlar …

Təbriz həbsxanasında azərbaycanlı siyasi məhbusların aclıq aksiyası keçirir

GADTB: Təbriz həbsxanasından daxil olan məlumatlara görə, Güney Azərbaycan Milli Hərəkatının fəalları Əli Babayi və …