Cümə , Oktyabr 11 2024
azfa

İranın Apellyasiya Məhkəməsi azərbaycanlı fəal Əmir Səttarinin həbsinin təxirə salınmasını ləğv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Apellyasiya Məhkəməsi azərbaycanlı fəal Əmir Səttarinin həbsinin təxirə salınmasını ləğv edib.

Rejim azərbaycanlı fəalı şərləyərək, “Kiber məkanda və kommunikasiya vasitələrindən istifadə etməklə əhalini zorakı hərəkətlərə sövq etmək”də ittiham edərək, onu 4 milyon tümən cərimə və 91 gün həbs cəzasına məhkum edib.

Rejimin ilkin məhkəməsinin həmin qərarı Şərqi Azərbaycandakı İranın Apellyasiya Məhkəməsinin 2-ci şöbəsi tərəfindən təsdiq edilib.

İranın Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsinin eyni şöbəsinin bundan öncəki qərarında fəal barəsində çıxarılan həbs cəzasının yarısının təxirə salınması barədə hökm verildiyi halda, bunun yenidən dəyişdirilməsi fəalın etirazı ilə qarşılanıb.

Qeyd edək ki, Əmir Səttari 21 iyulda rejimin məmurları tərəfindən yaxalanaraq ETTELAAT-ın təcridxanasına aparılmışdı.

Fəal avqustun 11-də rejimin Təbrizdəki mərkəzi zindanına köçürülüb və 15 avqustda girov qarşılığında zaminə buraxılmışdı.

Azərbaycanlı fəal Əmir Səttari bundan öncədə milli-mədəni fəaliyyətlərinə görə yaxalanaraq, həbsə məhkum edilmişdi. O, hazırda 3 illik şərti həbs cəzasını çəkir. Belə ki, Əmir Səttari 2017-ci ildə yaxalandıqdan sonra 5 illik həbs cəzasına məhkum edilmişdi.

Fəal 5 illik həbs cəzasının 2 ilini çəkdikdən sonra Məhkəmə Hökmlərinin İcrası İdarəsi onun barəsində yeni qərar çıxarıb. Qərara əsasən onun qalan 3 illik həbs müddəti şərti həbs cəzası ilə dəyişdirilmişdi.

Həmçinin yoxlayın

Molla rejimi qüvvələrini geri çəkir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran İsrailin mümkün hücumlarından ehtiyat edərək Suriya və …

Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Haaqa Daimi Arbitaj Məhkəməsinə Ermənistana qarşı 2 …