Çərşənbə axşamı , Mart 10 2026
azfa

İranın ayrıseçkilik siyasəti nəticəsində Qərbi Azərbaycan vilayətində gecəqondu sakinlərinin sayı artır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycana qarşı ayrıseçkilik və müstəmləkə siyasəti nəticəsində Qərbi Azərbaycan vilayətində 700 min nəfər əhali gecəqondu məhəllələrində yaşayır.

Artıq Qərbi Azərbaycan valisinin siyasi, təhlükəsizlik və ictimai məsələlər üzrə müavini məsələni etiraf edərək, bu haqda məlumat verib.

2020 ilinin statistikasına görə, 3 milyon 416 nəfər əhalisi olan Qərbi Azərbaycanda 700 min nəfər gecəqondularda yaşayır, bu isə əhalinin beşdə biri deməkdir.

Tasnim xəbər agentliyi 2019-cu ilin mart ayında yayımladığı xəbərdə Qərbi Azərbaycan vilayətinin ümumiyyətində 600 min nəfərin gecəqondu məhəllələrində yaşadağını və 200 min nəfərin isə sadəcə Urmiya şəhərininin ətraf yoxsul məhəllələrində məskunlaşdığı barədə məlumat yaymışdı.

2019-cu ilin sentyabrında Təbriz Şəhər Şurasının üzvlərindən Behruz Məhdəvi təxminən 2 milyon əhalisi olan Təbriz şəhərinin gecəqondu sakinlərinin sayının təxminən yarım milyon olduğunu bildirmişdi. Şərqi Azərbaycan vilayətinin valisi Purməhəmmədi isə deyib ki, ölkədə böyük şəhərlərin əhalisinin 25% -i gecəqondularda yaşayır.

Həmçinin yoxlayın

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan …

İran xaricdəki öz vətəndaşlarını edamla hədələdi

GADTB: İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib. İslam Respublikasının …