Cümə axşamı , Dekabr 2 2021
azfa

İranın Azərbaycanda müstəmləkə siyasəti: Tikantəpə qızıl mədəni yaxınında məktəblilər internetə qoşulanmır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Güney Azərbaycanda müstəmləkə siyasəti nəticəsində Azərbaycanın qızıl mədənləri talanır, lakin həmin mədənlərin yanında məktəblilər internetin olmaması üzündən dərslərə qoşula bilmir.

Ağdərə və Zərəşoran qızıl mədənlərinin yanında yaşamalarına baxmayaraq Tikantəpə bölgəsinin məktəbliləri adi internet imkanlarından məhrumdurlar. Bölgənin 160 ailəlik Babanəzər kəndinin şagirdləri internet xidmətindən istifadə edə bilmək üçün soyuq və qarlı havada kənd ətrafındakı təpəlikəri qalxıb və onlin təhsilə qoşulmaq məcburiyyətində qalırlar.

Babanəzər kəndinin sakinləri deyirlər ki, “İki ildir pandemiya məhdudiyyətlərinə görə, şagirdlər onlayn təhsil almağa məcbur olsalar da, bölgədə internet xidməti olmadığı üçün onlar bu imkandan istifadə edə bilmirlər. Bu müddət ərzində müxtəlif qurumlara etdikləri müraciətlər də cavabsız qalıb”.

Qeyd edək ki, Güney Azərbaycanın təkcə Tikantəpə bölgəsində iki ən böyük Zərşuran və Ağdərə qızıl mədənləri vard və İran rejimi bu mədənləri müstəmləkəçi ölkə kimi talayıb, bölgəni isə ekoloji fəlakətlə üz-üzə buraxır. Regionda yaşamaq üçün heç bir imkanlar yaradılmır.

Həmçinin yoxlayın

Qarabağdakı separatçılar qışdan çıxmaq üçün Bakıdan qaz istəyiblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qarabağdakı separatçılar qışdan rahat çıxmaq üçün Bakıdan qaz …

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində oktyabrın 1-də bir qrup …